Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan şəhərində Heydər Əliyev adına orta məktəbin şagirdlərinə mükafatlar təqdim edilmişdir.

11 aprel 2014 | 15:00

10 aprel 2014-cü il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində  yerləşən Heydər Əliyev adına 11 saylı orta məktəbdə təhsildə və idmanda əldə etdikləri nailiyyətlərə görə 10 şagirdə və 5 ən yaxşı müəllimə Heydər Əliyev Fondunun növbəti mükafatların təntənəli təqdimat mərasimi keçirilib.
Tədbirdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlıların Konqresinin Həştərxan vilayəti şöbəsinin sədri Ədalət Hüseynov, “Azərbaycan” milli mədəniyyət cəmiyyətinin sədri Vahid Rəhimov, AMOR-un regional şöbəsinin rəhbəri Elvin Hüseynov, ictimaiyyət nümayəndələri, valideynlər, müəllimlər və şagirdlər iştirak etmişdirlər.
Öz çıxışında Rəşid Ağayev tədbir iştirakçılarına Heydər Əliyev Fondunun fəaliyyəti, Fond tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir. Daha sonra Heydər Əliyev Fondunun mükafatları şagird və müəllimlərə təqdim edilmişdir.
Ümumməktəb valideyn komitəsinin nümayəndəsi, professor Gülnarə Saqitova göstərilən diqqətə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir.

Keçidlər