Şriftin ölçüsü :

Saytın rəngi :

“XƏMSƏ” Milli İntellektual Oyunu üzrə Nərimanov rayon birinciliyi keçirilmişdir.

16 aprel 2014 | 15:00

15 aprel 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında “XƏMSƏ” Milli İntellektual Oyunu üzrə Nərimanov rayon birinciliyi keçirilmişdir. 
  Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
  Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, oyunun qaydaları və mahiyyəti haqqında məlumat vermiş və iştirakçılara uğurlar arzulamışdır.
  Keçirilən oyunda rayon ərazisində yerləşən ali təhsil müəssisələrinin tələbələrindən ibarət 7 komanda iştirak etmişdir. Onlardan I yeri Azərbaycan Turizm İnstitutunun komandası, II yerə Azərbaycan Kooperasiya Universitetinin komandası, III yerə isə “Təfəkkür” Universitetinin komandası tutmuşdur. Qalib gələn komandalar idarə tərəfindən diploml və medallarla təltif olunmuşdur.

Keçidlər