Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.

22 iyul 2014 | 15:00

22 iyul - Milli Mətbuat Günü münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Nərimanov rayonunun ictimai-mədəni, sosial-iqtisadi tədbirlərini mütəmadi olaraq obyektiv şəkildə işıqlandıran televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbiri giriş sözü ilə açaraq jurnalistləri peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan mətbuatının keçdiyi 139 illik şərəfli yoldan danışmışdır. Bildirilmişdir ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olmuşdur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşmişdir. Lakin Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılmış, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunmuş, senzura ləğv olunmuşdur. Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdur. Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənilmişdir.
  Tədbirdə iştirak edən mediya təmsilçiləri ölkə rəhbərinin mətbuata göstərdiyi diqqət və qayğıdan danışaraq diqqətə çatdırmışlar ki, dövlətimizin başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həlli istiqamətində mütəmadi olaraq tapşırıq və göstərişlərini verir. Ötən il Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Daha bir bina isə yaxın zamanlarda jurnalistlərin ixtiyarına veriləcəkdir.
  Sonda bayram münasibətilə mətbuat nümayəndələrinə milli mətbuatın inkişafındakı,  respublikamızın, eyni zamanda Nərimanov rayonunun ictimai-siyasi və mədəni həyatındakı yeniliklərin ictimaiyyətə obyektiv və qərəzsiz şəkildə çatdırılmasında xidmətlərinə görə Nərimanov Rayon İcra Hakmimiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 

Keçidlər