Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilmişdir.

14 avqust 2014 | 15:00

Həştərxan vilayəti Dumasının deputatları Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməsi haqqında vilayət qubernatoru Aleksandr Jilkinin təqdimatını dəstəkləyiblər.
  Regional parlamentin deputatları plenar iclasda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilməyə namizədliyini müzakirə ediblər.
  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə məşğul olan Heydər Əliyev Fonduna rəhbərlik edir. Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə region ərazisində sosial əhəmiyyətli bir sıra iri layihələr həyata keçirir. Həştərxanda Ulu  öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan bağ və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub. 2012-ci ildə Azərbaycan-Rusiya Dostluq Körpüsü açılıb. Müqəddəs Mələksima Knyaz Vladimirin abidəsi və “Meçta” uşaq əyləncə şəhərciyi də Fondun gördüyü xeyirxah işlər sırasındadır.
  Hazırda həyata keçirilən layihələrdən biri 240 yerlik uşaq bağçasının tikintisidir. Bu layihənin birinci növbəsi 2014-cü ilin sentyabr ayına qədər başa çatdırılmalıdır. Vilayətdə Azərbaycan mədəni-işgüzar mərkəzinin açılması planlaşdırılır.

Keçidlər