Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Bakı şəhər məktəblilərin XXVI spartakiadasının bağlanış və XXVII spartakiadasının açılış mərasimi keçirilmişdir.

24 oktyabr 2014 | 15:00

24 oktyabr 2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon Gənclər və İdman İdarəsi tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Bakı şəhər məktəblilərin XXVI spartakiadasının bağlanış və XXVII spartakiadasının açılış mərasimi keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova və İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, Respublika Bədən Tərbiyəsi Mərkəzinin direktoru, Bakı şəhəri üzrə rayon gənclər və idman idarələrinin rəisləri, rayon ictimaiyyəti, rayonun təhsil və idman təşkilatlarının rəhbərləri, fəal gənclər və şagirdlər iştiak etmişdir.
Tədbiri aparan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bütün qonaqları salamlamış, onlara rayon haqqında qısa məlumat vermişdir. Qeyd etmişdir ki, Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda  Dövlətin gənclər və idman siyasəti layiqincə həyata keçirilir. Rayonun gəncləri vətənin tərəqqisi naminə qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün bacarıqlarını əsirgəmirlər.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Salman Əbdülov 2013-2014-cü tədris ili müddətində keçirilmiş Bakı şəhər məktəbliləri arasında XXVI spartakiadanın yekunları haqqında məruzə ilə çıxış edərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan  dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar), dördnövçülük (qızlar və oğlanlar), basketbol (qızlar və oğlanlar), mini-futbol, "Cırtdan" və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 49 xalla I yeri, Nizami rayonu 50 xalla II yeri, Qaradağ rayonu 57 xalla III yeri, Xətai rayonu 60 xalla IV yeri, Suraxanı rayonu 71 xalla V yeri, Səbail rayonu 71 xalla VI yeri, Xəzər rayonu 74 xalla VII yeri, Sabunçu rayonu 80 xalla VIII yeri, Binəqədi rayonu 93 xalla IX yeri, Yasamal rayonu 98 xalla X yeri və Nəsimi rayonu 129 xalla XI yeri tutduğu yerləri barədə məlumat vermişdir.
Çıxış edən digər natiqlər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov ümumi XXVI spartakiadanın proqramına daxil olan idman yarışlarında qalib gəlmiş Nərimanov Rayon Gənclər və İdman İdarəsini təbrik etmiş, idmanın inkişaf etdirilməsini və kütləvləşməsini, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətini, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsini, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirləri vurğulamışlar.
Sonda Bakı şəhər məktəblilərin XXVI spartakiadasının növləri üzrə qalib gəlmiş məktəblərin müəllimləri və ümumi spartakidada I, II və III yerləri tutmuş rayon idarələri mükafatlandırılmişdır.

Keçidlər