Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda məktəblilərin XXVII spartakiadanın proqramına daxil olan şahmat yarışı üzrə rayon birinciliyi başa çatdı.

21 noyabr 2014 | 16:00

19 - 20 noyabr 2014-cü il tarixdə Məktəb - Lisey Kompleksində Nərimanov rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan şahmat növü üzrə rayon birinciliyi keçirilib.
  Yarışın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək iştirakçıları salamlamış, onlara uğurlar diləmişlər.
  Yarışda rayonun 19 məktəb komandası tərkibində 114 nəfər məktəbli (onlardan 38 nəfəri qızlardır) iştirak etmişdir. Yarışlar olimpiya sistemi üzrə keçirilib. Yarişin nəticəsinə görə I yeri Məktəb – Lisey Kompleksinin komandası, II yeri “Ankara Məktəbi” məktəb – liseyin komandası, III yeri 82 №-li tam orta məktəbin komandası tutmuşlar.
  Qalib komandaların üzvləri Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və medallarla təltif olunmuşlar.
  Məktəb – Lisey Kompleksinin komandası bu ilin 24 noyabr tarixində keçiriləcək Bakı şəhər məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan şahmat növü üzrə şəhər mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər