Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan vilayəti və Bakı şəhərinin Nərimanov rayonu rəhbərlərinin görüşü

09 dekabr 2014 | 16:00

09 dekabr 2014-cü il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində işgüzar səfər çərçivəsində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür.
Görüş zamanı iki ölkə arasında olan mövcud dostluq münasibətlərindən danışılmış, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, habelə dövlətimiz tərəfindən Həştərxan şəhərində reallaşdırılmış layihələr qeyd olunmuşdur. Bildirilmişdir ki, indiyədək vilayətdə görülən genişmiqyaslı işlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yüksək töhfədir.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqət və qayğı, Heydər Əliyev Fondu tərəfindən görülmüş işlər xüsusilə vurğulanmış, eyni zamanda Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda gələcəkdə də bu cür böyük layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Keçidlər