Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu məktəbliləri arasında velosiped idman növü üzrə "Məktəbli Kuboku" keçirilib.

18 dekabr 2014 | 16:00

   Respublikada ilk dəfə olaraq 18 dekabr 2014-cü il tarixdə Şıxov Veloparkında Azərbaycan Velosiped İdmanı Federasiyasının və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə velosiped idman növü üzrə Nərimanov rayonunda yerləşən orta ümumtəhsil məktəbliləri arasında "Məktəbli Kuboku" keçirilib.

   Yarışın keçirilməsində məqsəd "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasını təmin edilməsi, velosiped idmanının daha da populyarlaşması və kütləviliyi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, sağlam həyat tərzinin təbliğ olunması və yeni istedadların üzə çıxmasıdır.
   Yarışda 21 komanda tərkibində 84 nəfər şagird iştirak etmişdir. Federasiya tərəfindən velosiped və digər zəruri avadanlıqlarla təmin edilən məktəblilər estafet sistemi üzrə yarışmışlar.
  Ümumi nəticələrə görə 207 saylı orta məktəbin komandası I yeri, "Tərəqqi" Texniki-Humanitar liseyin komandası II yeri və 47 saylı orta məktəbin komandası isə III yeri tutmuşlar.
   Qaliblər təşkilatçılar tərəfindən müvafiq pul mükafatı, kubok, medal və diplomlarla təltif ediliblər.
 

Keçidlər