Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında “Basketbol” üzrə Nərimanov rayon birinciliyi keçirilib

13 yanvar 2015 | 16:00

13 yanvar 2015-ci il tarixdə 45 saylı tam orta məktəbdə Nərimanov rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan oğlanlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

Yarışda rayonun 13 məktəb komandası tərkibində 156 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəsinə görə I yerə Məktəb- Lisey Kompleksin komandası, II yerə 82 saylı məktəbin komandası, III yerə isə 7 saylı Bakı Peşə Liseyin komandası layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanmışdır. 

Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

Keçidlər