Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin XXVII spartakiadasının proqramına daxil olan qızlar arasında “Basketbol” üzrə rayon birinciliyi keçirilib

15 yanvar 2015 | 16:00

15 yanvar 2015-ci il tarixdə 45 saylı tam orta məktəbdə Nərimanov rayon məktəblilərinin XXVII spartakiadasının proqramına daxil olan qızlar arasında basketbol üzrə rayon birinciliyi keçirilib.
Yarışda rayonun 9 məktəb komandası tərkibində 108 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəsinə görə I yerə 82 saylı məktəbin komandası, II yerə 47 saylı məktəbin komandası, III yerə isə Məktəb-Lisey Kompleksin komandası layiq görülüblər. Yarışın qalib komandası məktəblilər arasında spartakiadanın şəhər üzrə final mərhələsinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.

Keçidlər