Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda yerləşən yaşıllıq zolağında iməcilik keçirilib.

15 mart 2015 | 16:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm vermiş, bu məqsədlə geniş və çoxşaxəli proqramlar qəbul olunmuş, irimiqyaslı tədbirlər həyata keçirilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək öz real bəhrəsini verir.
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.
15 mart 2015-ci il tarixdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıqlara uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin və IDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Rayon İcra Hakimiyyəti Başçısının yanında Şura üzvlərinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, ictimaiyyətin, könüllülərin, fəal gənclərin, ümumilikdə 2500-dək adamın Novruz bayramı ərəfəsində yüksək fəallıq və bayram əhval-ruhiyyəsi ilə qatıldığı genişmiqyaslı iməcilikdə ətraf ərazi məişət tullantılarından təmizlənərək burada mövcud olan yaşıllıq sulanıb, ərazidə 250-si İtaliyadan gətirilmiş Leylandra ağacı olmaqla, 1000-ə qədər müxtəlif növ ağac və kollar əkilib.
Qeyd edək ki, sözügedən ərazidə mütəmadi olaraq abadlıq işləri aparılır, ekoloji tələblərə uyğun yaşıllığa aqrotexniki qulluq göstərilir, eyni zamanda dekorativ ağac və kollar əkilərək qeyd olunan yaşıllıq zolağının paytaxtın dilbər guşəsinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür. 
Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması naminə həyata keçirilən belə nəcib aksiyaların gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.

Keçidlər