Şriftin ölçüsü :

Saytın rəngi :

ANS ÇM-dən möhtəşəm Ramazan konserti

16 iyul 2015 | 15:00

Məşhur müğənnilər Nərimanov parkında şəhər sakinlərinə əsl bayram abu-havası yaşadıblar.

ANS ÇM-dən dinləyicilərinə Ramazan sürprizi. Qafqazın ilk FM radiostansiyası paytaxt Bakının Nərimanov rayonunda bayram münasibətilə konsert təşkil edib.

Konsert Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyan ANS ÇM tərəfindən təşkil edilib. Keçirilən mərasimə ziyalılar, sadə vətəndaşlar, rəsmilər olmaqla çox sayda insan qatılıb.

Konsert tanınmış ifaçıların mahnıları ilə başlayıb. Bir-birinin ardınca səhnəyə Nyam Səlami, Kərim, Leyla Ramazanlı, Günay İbrahimli, Rəşad İlyasov, gənc müğənni Elçin, Mina və başqaları ən məşhur ifalarını səsləndirib, əhalini öz ifaları ilə təbrik ediblər.

Səhnədə həm rəqs, həm də müsiqi nömrələri birlikdə vəhdət təşkil edib. Ən çox əylənənlər isə heç şübhəsiz ki, uşaqlar olublar.

Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq olub.

Keçidlər