Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə dekorativ güllər əkilib

11 may 2017 | 16:00

10 may 2017-ci il tarixdə Koroğlu Rəhimov küçəsi 3 ünvanda yerləşən parkda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayonda təşkil olunan tədbirlər çərçivəsində dekorativ güllər əkilib.
Ulu Öndərimizin əziz və parlaq xatirəsinə hörmət və ehtiram əlaməti olaraq rayonun rəhbərliyi, ziyalılar, sakinlər və paytaxtımızın qonaqlarının böyük coşqu ilə qatıldığı tədbirdə Nərimanov rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən mövcud yaşıllığa qulluq edilib, ətraf ərazi təmizlənərək minlərlə mövsümi dekorativ güllər əkilib.
Qeyd edək ki, rayonun bütün idarə və müəssisələrində bu cür nəcib aksiyaların keçirilməsi təşkil olunub.
Eyni zamanda rayonun küçə və prospektlərində abadlıq-bərpa işləri aparılaraq müxtəlif növ ağac və kollar əkilib.

Keçidlər