Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Müqəddəs Pasxa bayramı ilə əlaqədar görüş keçirilib.

09 aprel 2018 | 16:00

Nərimanov rayonunda Müqəddəs Pasxa bayramı ilə əlaqədar görüş keçirilib.

9 aprel 2018-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı münasibətilə rayon ərazisində yaşayan pravoslav icmasının nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova icma nümayəndələrini bayram münasibətilə təbrik edərək Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşdığını vurğulayıb. İ.Mahmudova qeyd etmişdir ki, Azərbaycanda yaşayan pravoslav icmasının nümayəndələri ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər və etnik-dini tolerantlıq şəraitində öz ayinlərini sərbəst həyata keçirirlər.
İcma nümayəndələri Respublikada onlar üçün yaradılmış şəraitdən razılıqlarını ifadə etmişlər.

Keçidlər