Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub

12 aprel 2018 | 16:00

Prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda möhtəşəm konsert proqramı təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Tədbirdə Prezident İlham ƏLİYEV nitq söyləmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnəyə qalxaraq incəsənət ustaları ilə görüşdülər, xatirə şəkilləri çəkdirdilər.
Dövlətimizin başçısının əldə etdiyi ən böyük nailiyyət onun xalqın sonsuz məhəbbətini qazanmasıdır. Prezident İlham Əliyev bütün təmaslarında, ilk növbədə, öz səmimiyyəti ilə insanları cəlb edə bilib, güclü iradəsi, liderlik keyfiyyətləri ilə milyonları ətrafında toplayıb, müstəqil və qüdrətli Azərbaycan uğrunda çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır.
Tədbir atəşfəşanlıqla başa çatdı.

Keçidlər