Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilib

18 mart 2019 | 16:00

Nərimanov rayonundan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində
Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilib

18 mart 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilmişdir.
Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi üzrə Bakı şəhərinin ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdləri üçün 23-26 mart tarixlərində Naxçıvan Muxtar Respublikasına tur-aksiya təşkil olunmuşdur.
Layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsində xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn öyrәnmәklә bərabər, gәnclәrimizә Ümummilli Lider Heydәr Әliyevin rәhbәrliyi ilә milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Prezident İlham Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә rayonun nümunәsindә tanış olmaq imkanı yaradır.
Tur-aksiya çərçivəsində Nərimanov rayonundan 27 nəfər məktəblinin növbəti səfəri təşkil olunmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətində tur-aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq bildirmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.
Şagirdlər tur-aksiya zamanı Naxçıvanda Heydər Əliyevin Mərkəzlərini, tarixi abidələri, muzeyləri ziyarət edəcəklər.

Keçidlər