Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib

17 aprel 2019 | 16:00

“Şahin” hərbi-idman oyununun Nərimanov rayon birinciliyi keçirilib.

17 aprel 2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nərimanov Rayon İcra Hakimiyyətinin,  Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
“Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 178 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin liseyin komandası, III yerə isə 291 saylı “Ekologiya” liseyin komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandalar  Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunmuşlar.
Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanmışdır.

Keçidlər